Azərbaycanda daha bir yüksək vəzifəli məmur koronavirusa yoluxdu

Azərbaycanda daha bir icra başçısının müavini koronovirusa yoluxub.
Avtosfer.az xəbər verir Ki, bunu Oxu.Az-a açıqlamasında Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov bildirib.
Onun sözlərinə görə, Goranboy Rayon İcra Hakimiyyətinin əməkdaşlarından koronavirusa görə test nümunələri götürülüb:
“Onlardan, sadəcə, icra başçısının birinci müavini Ceyhun Həsənovun testin nəticələri müsbət çıxıb. Onda koronovirus asimptomatik şəkildə müşahidə olunub və hazırda evdə nəzarətdədir. Ailə üzvlərindən kimdəsə test nəticələri müsbət çıxmayıb”.
İ.Zeynalov qeyd edib ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin test nəticələrinin müsbət olması barədə rəsmi məlumat yoxdur.
Qeyd edək ki, bir neçə gün əvvəl Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Əliyev də koronovirusdan vəfat edib.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











