Azərbaycanda daha iki jurnalist koronavirusa yoluxdu

Azərbaycanda daha iki jurnalistdə koronavirus aşkarlanıb. “Palitra” qəzetinin əməkdaşı, ölkə prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuş Nigar Abdullayeva və “Cebhe.info” və “Cumhuriyyət” portallarının əməkdaşı Müşfiq Abdulladan 3 gün əvvəl götürülmüş testlər pozitiv çıxıb. Yoluxma əvvəlcə M.Abdullanın həyat yoldaşında baş verib, daha sonra jurnalistlər də yoluxublar.
M.Abdullanın xanımında xəstəlik ağciyərlərin pnevmoniyasına səbəb olub. Ötən həftənin sonlarında təcili tibbi yardım briqadası gələrək onlardan yaxma analizi götürüb. Dünən axşam isə analiz nəticələrinin pozitiv olduğuna dair mesaj alıblar.
Qeyd edək ki, M.Abdulla və N.Abdullayeva bacı-qardaşdırlar.
Bu gün TƏBİB-in həkim briqadası gələrək hər üç şəxsi müalicə müəssisəsinə aparıb.
Qeyd edək ki, hər iki jurnalist Bakının Bibiheybət qəsəbəsində yerləşən "Jurnalist binaları"nda yaşayır. (Musavat.com)
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir












