Azərbaycanda fəxri ad alanların sayı AÇIQLANDI

Azərbaycanda 293 789 nəfər Azərbaycan Respublikasının Prezidentinin təqaüdünü alır. Bu ilin yanvarın əvvəlinə olan göstəricilərə əsasən, onların 37 925 nəfərinə bu təqaüd Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərdiyi üçün təyin edilib.
Ölkədə 267 nəfər “Xalq” fəxri adı, 2993 nəfərinə “Əməkdar” fəxri adına görə dövlət tərəfindən təqaüd alır.
Azərbaycanda "Xalq" fəxri adına görə orta aylıq məbləği 150 manat olan, "Əməkdar" fəxri adına görə 100 manat məbləğində təqaüd verilir.
Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdü 416 nəfərə verilir. Bu təqaüdün orta aylıq məbləği 1450 manatdır.
Azərbaycanda 21582 nəfər müharibə əlili orta aylıq məbləği 228,52 manat olmaqla təqaüd alır.
Ölkədə 176 nəfər Böyük Vətən müharibəsi əlilinə orta aylıq məbləği 235,68 manat və Cernobıl AES-də hərbi xidmətlə əlaqədar əlil olmuş 2833 nəfər şəxsə orta aylıq məbləği 230,14 manat olmaqla təqaüd verilir. (Trend)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











