Azərbaycanda hərbi xidmət keçən gənc yenidən əsgərliyə çağırıldı - FOTO

Azərbaycanda müddətli həqiqi xidmət keçmiş şəxs yenidən hərbi xidmətə çağırılıb. Hadisə Cəlilabad rayonunda baş verib.
Belə ki, rayonun Adnalı kənd sakini, 1992-ci il təvəllüdlü Emil Adışirin oğlu Əmirlinin yaşadığı ünvana müddətli həqiqi hərbi xidmət keçmək üçün çağırış vərəqəsi gəlib.
E.Əmirli bildirib ki, Beyləqan rayonunda "N" saylı hərbi hissədə həqi hərbi xidmətini başa vurub və təxris olunub: "Mən Beyləqandakı hərbi hissələrdən birində 2009-cu ilin oktyabr ayından 2011-ci ilin aprel ayına qədər 18 ay müddətli həqiqi hərbi xidmət keçmişəm. 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Cəlilabad Rayon Şöbəsindən yaşadığım evə həqiqi hərbi xidmət keçmək yenidən çağırış gəldi və hərbi xidmətə getməyim üçün ilkin tibbi müayinədən keçmək tələb olunurdu. Bu azmış kimi mənə xəbərdarlıq məktubu da göndəriblər ki, tibbi müayinədən keçməsəm 50 manat cərtimə olunacağam".
Emil deyir ki, mövcud məsələ ilə bağlı hələ bir neçə il əvvəl adıçəkilən quruma hərbi xidmət keçməsi ilə bağlı məlumat verib və hərbi biletini də təqdim edib: "Buna baxmayaraq hər 3 aydan bir mənə bu çağırış vərəqəsini göndərirlər".
Qeyd edək ki, artıq Emil Əmirli mövcud faktın hüquqi çərçivədə həll olunmasından ötrü məhkəməyə müraciət etməyə hazırlaşır. ("Report")


Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO











