Azərbaycanda hərəkətinə icazə verilən işçi sayına məhdudiyyət qoyulur

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində fəaliyyətinə icazə verilən bir çox iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır. Bu, Baş Nazir Əli Əsədovun imzaladığı qərarda qeyd edilib.
Aşağıdakı sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır:
- gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;
- tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;
- mühəndislik və layihələndirmə xidmətləri;
- qablaşdırma məhsullarının istehsalı;
- zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;
- tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;
- onlayn satışlar.
- kimyəvi təmizləmə;
- mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;
- avtomobillərin təmiri;
- avtomobil yuyulma məntəqələri;
- heyvan sığınacaqları.
- tərcümə xidmətləri.
İş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı isə əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən dən çox olmamalıdır.
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










