Azərbaycanda ilk dəfə insan alveri ilə mübarizəyə həsr olunmuş serial çəkiləcək
Gündəm
8 Fevral 2021 12:33

Azərbaycanda ilk dəfə olaraq asayiş keşikçiləri olan polislərin fəaliyyətindən, insan alverinə, narkomaniyaya, kiber və digər cinayətkarlıqla mübarizədən bəhs edən “İfşa” adlı serial çəkiləcək. Avtosfer.az-ın məlumatına görə, layihənin rəhbəri və ideya müəllifi Ramiz Alıyevdir. Azad Azərbaycan (ATV) televiziyasında yayımlanacaq serialın başlanğıc olaraq 6 bölümdən ibarət olması nəzərdə tutulub.
Serialı “Biz Group” və “Baku Art Lab” şirkəti birlikdə çəkəcək. Serialın quruluşçu rejissoru Elvin Abdulla, ssenaristləri Fariz Əliyev və Səbuhi Bayramov, prodüserləri Nicat Həsənzadə və Vüqar Təhməzovdur.
Layihə rəhbəri bildirib ki, məqsəd ölkədə sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində polisin, hüquq-mühafizə orqanlarının məqsədyönlü fəaliyyətini, cinayətkarlıqla məşğul olan şəxslərin necə ifşa olunmasını göstərməkdir: “Biz 6 seriyada göstərəcəyik ki, Azərbaycan dövləti xalqın təhlükəsizliyinin tam təmin olunması istiqamətində necə fəaliyyət göstərir və aidiyyəti orqanlar üzərlərinə düşən vəzifəni hansı məsuliyyətlə yerinə yetirirlər. Ssenariyə uyğun olaraq cinayətkar qrupların fəaliyyəti müəyyən olunacaq, onların hansı qanun pozuntularına yol verdikləri, hansı məkrli planlar üzərində çalışdıqları aşkara çıxacaq. İnsan alverinə qarşı yalnız müvafiq idarənin deyil, həmçinin hər bir vətəndaşımızın mübarizə aparmasının vacibliyi qeyd olunacaq. Eyni zamanda, bu layihənin əsas məqsədlərindən biri insanların maarifləndirilməsindən ibarətdir. Peşəkar komanda var, həm ssenaristlər, həm rejissor və komandası, həm də prodüserlər bu layihə çərçivəsində qarşıya qoyulan məqsədlərə çatmaq üçün əllərindən gələni edirlər".
Oxunub : 1154
DİGƏR XƏBƏRLƏR
15 Oktyabr 2026 11:30
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
15 Oktyabr 2026 11:00
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
15 Oktyabr 2026 10:53
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
15 Oktyabr 2026 10:36
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
15 Oktyabr 2026 09:36
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
15 Oktyabr 2026 08:43
Bu yollarda tıxac var - SİYAHI
14 Oktyabr 2026 22:47
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
14 Oktyabr 2026 22:08
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
14 Oktyabr 2026 21:52
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
14 Oktyabr 2026 21:21
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
14 Oktyabr 2026 18:30
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
14 Oktyabr 2026 18:00
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
ŞƏRH YAZ












