Azərbaycanda karantin rejimi ilə bağlı MÜHÜM AÇIQLAMA: 10 gün ərzində...

Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantinin nəticələri artıq göz qabağındadır.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.
Onun sözlərinə görə, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək: “Karantinin nəticələri bəlli olduqdan sonra görülən tədbirlərin davamı ilə bağlı qərar qəbul edilə bilər. Hər halda karantinin nəticəsi göz qabağındadır. Karantin tədbirləri nəticəsində xəstələnmə halları azalır, sağalan insanların isə sayı artır. Bu, qaneedici vəziyyətdir. Əlbəttə, istəyərdik ki, bundan da yaxşı nəticələr olsun. Amma hələlik əldə edilən nəticələr bunu göstərir ki, karantin öz effektini verir”.
Xatırladaq ki, təxminən son 10 gün ərzində Azərbaycanda koronavirusa yeni yoluxma hallarının sayında azalma müşahidə edilir. Ölkədə sutka ərzində qeydə alınan yoluxma hallarının sayı 500-dən aşağı enib.
Azərbaycanda artıq koronavirusdan sağalma hallarının sayı yoluxma hallarının sayını üstələyir.
İyulun 18-də Azərbaycanda rekord sayda - 645 sağalma sayı qeydə alınıb.Trend
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











