Azərbaycanda koronavirusa görə avtomobil istehsalı 18% azalıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 1 074 ədəd minik avtomobili istehsal olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə yeddi ayda ölkədə minik avtomobillərinin istehsalı 17,6% azalıb. Avqustun 1-nə anbarlarda 143 ədəd hazır məhsul ehtiyatı qalıb.
Bundan başqa, hesabat dövründə Azərbaycanda 105 ədəd traktor istehsal olunub ki, bu da ötən ilin yanvar-iyulu ilə müqayisədə 86,7% azdır. Avqustun 1-nə anbarlarda 218 ədəd hazır məhsul ehtiyatı qalıb.
Qeyd edək ki, cari ilin yanvar-iyul aylarında Azərbaycana 27 792 ədəd avtomobil idxal olunub. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 21% çoxdur.
Xatırladaq ki, minik avtomobilləri və traktorların istehsalında azalma koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır. Belə ki, cari ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılmışdır. İstehsal yalnız iyunda bərpa olunub. Traktorların istehsalı isə may ayından etibarən dayandırılıb və hələ bərpa olunmayıb.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











