Azərbaycanda maska tələbi geri qayıdır? – “Belə davam etsə, mümkündür…”

Ümumdünya Səhiyyə Təşkilatı son iki həftə ərzində koronavirusa yoluxma hallarının 30 faiz artdığını qeyd edib. Son bir həftədə isə dünyada 5,7 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 10 minə yaxın insan ölüb. Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 6 faiz artıb.
Qonşu Gürcüstanda, qardaş Türkiyədə də vəziyyət ürəkaçan deyil. Eyni zamanda son həftələrdə ölkəmizdə yoluxma halları artmaqdadır. Cəmiyyətimizdə isə maska tələbinin geri qayıdıb-qayıtmayacağı, koronavirusun növbəti dalğasının başlayacağına dair suallar çoxluq təşkil edir.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov Sfera.az-a açıqlamasında bildirib ki, belə davam edərsə, yenidən sərt karantin qaydaları ilə üzləşə bilərik:
“Təkcə Türkiyədə son 2 həftə ərzində yoluxma sayı 5 dəfə artıb. Bu tip çoxalma dinamikası digər dövlətlərdə də özünü biruzə verir. Təəssüf ki, Azərbaycanda da koronavirusa yoluxma gün-gündən çoxalır. Yoluxma sayının belə davam edərək artan xətt üzrə getməsi yenidən müəyyən sərtləşmələrlə üz-üzə qalacağımızı istina etmir. Ona görə də vətəndaşların daha məsuliyyətli olmaları vacibdir. Xüsusilə də yay aylarını nəzərə alsaq, xarici ölkələrdə olan vətəndaşlarımız özlərini qorumalıdırlar ki, Azərbaycana gəldikdə yoluxma sayının artmasına səbəb olmasınlar”.
A.Hüseynov hazırda çox məsuliyyətli bir dönəmdə olduğumuzu vurğulayıb:
“Artıq koronavirusun omikron ştammının yeni versiyası müşahidə olunur və burada xəstəliyin daha ağır gedişatından söhbət gedir. Dünya alimlərinin qeyd etdiyinə görə, yeni ştammın ölüm riski omikrona nisbətən daha çoxdur. Ona görə də vətəndaşların məsuliyyəti önəmlidir. Qapalı məkanlarda havalandırmaya diqqət edilməli və digər qaydalar əsas tutulmalıdır ki, yoluxma dinamikası artmasın.
Dünyada gündəlik yoluxma sayı ən çox Fransada, ikinci yerdə isə İtaliya və Almaniyadadır. Ona görə də yenidən 3 əsas qaydanı ciddi qəbul etməliyik: Sosial məsafə, qapalı məkanlarda maskadan istifadə və şəxsi gigiyenaya diqqət edilməsi. Təssüf ki, yeni ştammın yoluxma ehtimalı çox sürətlidir”.
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA












