Azərbaycanda meyvə qıtlığının səbəbi açıqlandı

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutu builki meyvə-tərəvəz qıtlığının səbəbini açıqlayıb. İnstitutun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov bildirib ki, bu il respublika ərazisində meyvə-tərəvəzin az olmasının birinci səbəbi fevral ayında, martın əvvəlində havanın temperaturunun xeyli yüksək olması və ağacların vaxtından əvvəl çiçəkləməsidir. Bunlar xüsusən ərik, alça, gavalı, alma ağaclarıdır: "Ağaclar çiçəklədikdən bir neçə gün sonra havanın tenmperaturu yenidən düşdüyü və güclü soyuq külək əsdiyi üçün çiçəklər məhv oldu. Çiçəklər məhv olduğu üçün meyvənin kəmiyyəti azalmalı idi və biz bunu əvvəldən də gözləyirdik. Builki meyvə qıtlığının bir səbəbi budur. Digər səbəb isə onların su ilə yaxşı təmin edilməməsidir".
Mövsümün bundan sonrakı meyvələri barədə də danışan M.Həsənov əlavə edib ki, əncir çox su tələb edən bitki olmadığı üçün onun suvarılması o qədər də vacib deyil. Bu baxımdan əncirlə bağlı məhsuldarlığın az olacağı gözlənilməyə bilər. Amma bundan sonra su qıtlığı olarsa, üzümün suvarılması vaxtlı-vaxtında aparılmazsa, bu, məhsuldarlığın az olmasına gətirib çıxaracaq.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ











