Azərbaycanda nəqliyyat ilə yük və sərnişin daşımaları artıb - CƏDVƏL

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda nəqliyyat ilə yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,8% və 5,3% artıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 116,4 mln. ton yük daşınmışdır.
“Yüklərin 4%-i dəniz, 7,3%-i dəmir yolu, 0,2 faizi hava, 60,1%-i avtomobil nəqliyyatı, 28,4%-i isə boru kəməri ilə daşınıb”, - məlumatda qeyd olunur.

Bildirilir ki, hesabat dövründə qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,3%, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 79,1% təşkil edib.

Məlumata əsasən, 2025-ci ilin yanvar-iyun aylarında nəqliyyatçılar 1 018,8 milyon sərnişinə xidmət göstərilib. Sərnişinlərin 88,4%-i avtomobil nəqliyyatı, 10,9%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












