Azərbaycanda nəqliyyat sektorunda çevik idarəetmə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

“Nəqliyyat haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb. Layihə, “Lisenziyalar və icazələr haqqında” Qanunun 4.1-ci maddəsinin tələbinə uyğun olaraq, bəzi fəaliyyətlər üçün lisenziya və icazələrin alınmasından azadolmanı nəzərdə tutur. Bu dəyişiklik nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin idarə edilməsində çevikliyin təmin edilməsi məqsədini daşıyır.
Avtosfer.az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yanvarın 22-də keçirilən iclasında müzakirə olunub.
Qanun layihəsi çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC və onun strukturuna daxil olan qurumların fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün tələb olunan lisenziya və icazələrdən azad edilməsi təklif olunur. Lisenziya və icazələrin alınması tələb olunmayan işlərin dəqiq siyahısı isə qanun qəbul edildikdən sonra təsdiq ediləcək. Bu dəyişikliklər nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin daha səmərəli və operativ fəaliyyət göstərməsinə şərait yaradır. Qeyd edilən yanaşma əvvəllər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin fəaliyyətini tənzimləyən Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi, “Avtomobil yolları haqqında” Qanun çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, eləcə də “Kosmik fəaliyyət haqqında” Qanun vasitəsilə Azərbaycan Respublikası Kosmik Agentliyinə (Azərkosmosa) tətbiq edilmiş analoji qaydalara əsaslanır.
Qanun layihəsinin qəbulu nəqliyyat sektorunda fəaliyyət göstərən dövlət qurumlarının öz funksiyalarını daha çevik və səmərəli şəkildə yerinə yetirmələrinə töhfə vermək məqsədini daşıyır.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












