Azərbaycanda parkinqlə bağlı ciddi problemlər var - SORĞU

Ötən gün sosial şəbəkədə yayılmış qeyri-adi görüntülər görənləri təəccübləndirib. Hadisə Sumqayıtda baş verib. Belə ki, 99-TD-862 dövlət nömrə nişanlı, “Mitsubishi” markalı avtomobilin qadın sürücüsü ilə “parkovşik” arasında dava olub. Xanım sürücü “parkovşik”in üstünə hücum çəkərək onu yumruq və təpiklə vurub. Hadisənin hansı səbəbdən baş verməsi barədə məlumat yoxdur. Avtosfer.az xəbər verir ki, SİA məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı və JEM sədri Ceyhun Musaoğlunun fikirlərini öyrənib.

Ceyhun Musaoğlu hadisəyə münasibətini belə bildirib: “Azərbaycanda, xüsusən də Bakıda parkinqlə bağlı ciddi problemlər var. İnsanlar avtomobili park etməyə yer tapa bilmirlər. Bunun üçün binaların altında saxlanc yerləri var ki, bu da çox bahadır. Qiyməti də 1 saatdan sonra 2 manat olur. İnsanlar avtomobillərini burada park edib işə gedir və 4-5 saatı da 2 manatdan hesabladıqda bu 8-10 manat puldur. Bu da elə adamın 1 ay ərzində aldığı maaşa bərabər olur. Bu məsələ çox ağır problemdir və həll olunmalıdır. Xüsusi saxlanc yerləri hazırlanmalıdır. Şəhərdən kənarda, xüsusi stadion kimi meydançalar hazırlanmalıdır ki, bunun da qiyməti münasib olmalıdır. Buna görə də insanlar avtomobillərini harada olsa saxlayırlar. Hər məsələnin sivil qaydası olmalıdır. Avtomobili harada saxlasan ya cərimələyirlər, ya "parkovşik" pul istəyir, ya da problem yaşanır. Bu məsələlər həllini tapmalıdır. Xüsusi mexanizm olmalıdır. Parkinq yerləri çox bahadır. Buna görə də əksər insanlar maşını yol kənarında saxlayır”.

Elməddin Muradlı: “Əlbəttə, Azərbaycan mentalitetində qadın isməti, qadın abrı kimi anlayışlar var. Ən pis halda belə qadınlarımız həmişə uca tutulur. Qadına münasibət də bizdə müqəddəsdir. Burada ən obyektiv yanaşma ondan ibarətdir ki, polis məsələni araşdırıb və qanuni tədbir görüb. Qadın da, kişi də qanun qarşısında eynidir. Bu qadına yaraşan hərəkət deyil. Çox təəssüflər olsun ki, son vaxtlar qadın sürücülər tərəfindən çox kobud hərəkətlərə yol verilir. İnsan lap dəhşətə gəlir. Məsələn, narkotik vasitələrin və spirtli içkilərin təsiri altında avtomobil idarə edən qadın sürücülərin sayı artıb. "Parkovşik"in orada tək günahı pul yığmağı ola bilər. Qadının ona qarşı bu hərəkəti isə yolverilməzdir”.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












