Azərbaycanda polisə lövhə ilə xəsarət yetirdilər

Aprelin 27-i saat 16 radələrində Göyçay rayonunun Bığır kəndi ərazisində rayon polis şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla müəyyən edilib ki, qeyd edilən tarixdə Bığır kənd sakini Nursoltan Məmmədov rayon icra hakimiyyəti başçısının Bığır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasına gələrək mübahisə yaradıb, bu zaman onu sakitləşdirməyə çalışaraq nizam-intizama dəvət edən RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Şahin Xalidovun qanuni tələblərinə məhəl qoymayaraq, inzibati binanın divarına bərkidilmiş lövhəni sındıraraq, həmin lövhənin bir hissəsi ilə sonuncuya vurması nəticəsində Şahin Xalidov sol qulaqseyvanının səthi kəsilmiş yarası xəsarət alıb.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Nursoltan Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Cinayət işi üzrə istintaq davam edir.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











