Vətəndaşları karantin postlarından yayındıran “polis” tutuldu - FOTO

Özünü polis əməkdaşı kimi qələmə verən və vətəndaşların etibarından sui istifadə edərək onlardan müxtəlif məbləğlərdə pul alan, əvvəllər məhkum olunmuş Qaradağ rayonunun Ələt qəsəbə sakini Zamiq Əhmədov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, saxlanılan şəxs ayrı-ayrı vətəndaşlardan aldatma yolu ilə 50 manat məbləğində pul müqabilində onları şəhərin giriş-çıxışlarında quraşdırılmış polis nəzarət postlarından yayındırıb, kənar və torpaq yollarla şəhər və bölgələr istiqamətində keçirib. Sonuncu belə əməliyyat zamanı o, polis əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Qeyd edək ki, Z.Əhmədov bundan əvvəl CM-in 178-ci yəni dələduzluq maddəsi ilə həbs edilib. Polis əməkdaşlarının keçirdiyi növbəti tədbir nəticəsində Göyçay rayon sakini Nahid Şıxəliyev yaşadığı rayondan öz avtomobili ilə gətirdiyi həmyerlilərini Bakıya, Ələt qəsəbə sakini Şamo Şamilov da ayrı-ayrı şəxslərdən aldığı pul müqabilində onları polis nəzarət postlarından torpaq yolla keçirərkən saxlanılıblar.
Saxlanılan hər üç şəxs barəsində məhkəmənin qərarı ilə inzibati qaydada həbs qərarı çıxarılıb.
Namiq Musayev
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ












