Azərbaycanda yığılan elektrobuslar Türkiyəyə ixrac oluna bilər

Yaxın vaxtlarda Türkiyənin böyük şəhərlərindən biri ilə Gəncə avtomobil zavodunun (GAZ) yığdığı elektrik avtobuslarının satışı ilə bağlı razılığa gəlinməsi nəzərdə tutulur. Bunu Gəncə avtomobil zavodu İstehsalat Birliyi Müşahidə Şurasının Sədri Xanlar Fətiyev deyib. Onun sözlərinə görə, artıq şəhər rəhbərliyi ilə Gəncə avtomobil zavodunun nümayəndələri arasında ilkin danışıqlar yekunlaşdırılıb. “Bu gün bütün dünyada həm ekoloji baxımdan, həm də yanacağa qənaət baxımından çox sərfəli olan elektrobuslardan istifadəyə başlanılıb. Gəncədə yığılan, 83 sərnişinin daşınmasını reallaşdıra biləcək elektrobuslar 26 oturacaqla, kondisionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub. 60 km/saat sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru şəhər rejimində RGZP/G/300KW 600V-EN doldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur və enerji bərpa olunur. Bu avtobuslar həm dizayn baxımından, həm də ətraf mühitin yanacağın kirli tullantılarından qorunması kimi vacib ekoloji baxımından çox sərfəli və əhəmiyyətlidir. 2019-cu ildən Gəncədə müasir dizayna malik “E-321” markalı elektrobuslarının yığımına başlanıb”, - deyə X. Fətiyev əlavə edib.
Azərbaycanın şəhər və rayonlarına elektrobusların uyğunlaşması məsələsinə gəlincə müşahidə şurasının sədri bildirdi ki, istər Bakı və Abşeronda, istərsə də Gəncə və Sumqayıtda, o cümlədən də digər şəhər və rayonlarda elektrobusların fəaliyyəti və effektiv çalışması üçün bütün lazımı şərait var: “Bu gün ölkəmizin bütün şəhər və rayonları dövlət başçısı İlham Əliyevin diqqət, qayğısı sayəsində günü gündən böyüyür, inkişaf edir, gözəlləşir, müasirləşir. Təbii ki, hər gün yaşıllaşan və ekoloji baxımdan təmiz şəhərə çevirməyə çalışdığımız yaşayış yerlərində ekoloji baxımdan çox vacib olan elektrobusların xətlər üzrə istifadəyə verilməsi çox məqsədəuyğun olardı. Təsadüfi deyil ki, bu yaxınlarda dövlət başçısının göstərişi ilə ölkəmizdə birinci “Yaşıl şəhər” layihəsi Gəncə şəhərində həyata keçiriləcək. Ümid edirik ki, Gəncə avtomobil zavodunun yığdığı elektorbuslar bu layihənin bir hissəsi ola biləcək”, - deyə X.Fətiyev qeyd edib.
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?
Metro ziyanla işləyir - Gediş haqqı artırılacaq?
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
İki ölkənin nümayəndələri Zəngəzur dəhlizinə baxış keçirdi: YENİLİKLƏR AÇIQLANDI
Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb - FOTO
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bişkekdə keçirilən görüşlər Azərbaycanın siyasi tarixi üçün niyə əhəmiyyətlidir? - AÇIQLAMA
ŞƏT-lə dialoq tərəfdaşı rolunda əməkdaşlıq Azərbaycana nə vəd edir? - DEPUTAT
Yeni tədris ilində tıxac əvvəlki illərdən daha çox artacaq - MÜTƏXƏSSİS
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO










