Azərbaycandan bu il Həcc ziyarəti təşkil olunmayacaq

Bu il Azərbaycandan Həcc ziyarəti təşkil olunmayacaq. Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib. Bu il Həcc ziyarətinə getmək üçün indiyədək sənəd verənlərlə bağlı məsələyə də aydınlıq gətirilib.
Bildirilib ki, növbəti il Həcc ziyarətinə getmək istəyənlər sənədlərini və ödənişi saxlaya, istəməyənlər isə həm ödədikləri vəsaiti, həm də sənədlərini geri götürə bilərlər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının qərarına əsasən, yeni növ koronovirusla (COVID-19) mübarizə tədbirləri ilə əlaqədar, bu il xaricdən ziyarətçi qəbul edilməyəcək, Həcc ziyarəti yalnız ölkə daxili üçün açıq olacaq.
Xatırladaq ki, Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna bu il yanvardan başlanılmışdı. Bu il kvotanın sayı 1500, Həcc ziyarətinin qiyməti isə 4490 ABŞ dolları idi. (APA)
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA












