Azərbaycanın bu rayonunda yas mərasimləri LƏĞV OLUNDU

"Füzuli rayonunda ictimaiyyətin, rayon ağsaqqallarının, din xadimlərinin, ziyalıların birgə təşəbbüsünə əsasən, artıq 11 ilə yaxındır ki, yas mərasimləri israfdan, təmtəraqdan uzaq və sadə şəkildə təşkil olunur".
Avtosfer.az "Redaktor.az"a istinadən xəbər verir ki, bu barədə məlumat Füzuli Rayon İcra Hakimiyyətinin sosial şəbəkə hesabında paylaşılıb.
Ehsan süfrələri halva, xurma, limon, qənd, çay, su və yuxa kimi yeddi əsas qida məhsulu ilə açılır. Bildirilib ki, son 11 ildə belə sadələşdirilmiş yas yerləri sayəsində rayon sakinləri ümumilikdə 19,1 milyon manata qədər vəsaitə qənaət ediblər. Əvvəllər 3, 7, 40 və cümə axşamı mərasimləri üçün orta hesabla 10-15 min manat xərclənirdi, indi isə dəfn xərcləri də daxil olmaqla bu məbləğ təxminən 3 000 manat civarındadır. Sakinlər əldə etdikləri qənaəti digər sosial problemlərin həllinə yönəldirlər.
Qeyd olunub ki, 2025-ci il yanvarın 1-dən etibarən ziyalıların və Füzuli ictimaiyyətinin birgə təşəbbüsü, həmçinin səyyar qəbullarda səsləndirilən vətəndaş müraciətləri əsasında (bir cümə axşamı saxlanılmaqla) digər cümə axşamları keçirilməyəcək.
Rayon sakinləri hesab edirlər ki, ehsan süfrələrini sadə və təmtəraqdan uzaq tərzdə təşkil etmək onların maddi durumuna mənfi təsir göstərmir, banklara və kredit təşkilatlarına borclanmanın qarşısını alır. Ehsan məclislərində toplanan vəsait isə həm yas mərasimlərinin təşkilinə, həm də mərhumun dəfni, qəbirüstü abidənin hazırlanması və digər işlərə sərf olunur.
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












