Azərbaycanla Qazaxıstan arasında uçuşlar avqustun 1-dən sonra başlaya bilər

Qazaxıstan və Azərbaycan arasında uçuşlar avqustun 1-dən sonra yenidən başlaya bilər. Bu barədə Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf Nazirliyi məlumat yayıb.
Bildirilir ki, nazir Beybut Atamkulov ilə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə arasında baş tutan telefon danışığı zamanı Tərəflər avqustun 1-dən sonra iki ölkə (Qazaxıstan və Azərbaycan) arasında hava nəqliyyatının bərpa edilməsini nəzərdən keçirmək qərarına gəliblər.
Qeyd edilib ki, 2019-cu ildə Qazaxıstan və Azərbaycan arasında yük daşımalarının həcmi təqribən 22 min ton, Qazaxıstan dəmir yolu ilə tranzit - 38.66 min ton, artım 32%, konteyner daşımalarının həcmi isə 14.7 min iyirmi futdan artıq olub.
Nazirliyin proqnozlarına görə, 2020-ci ilin altı ayında yük daşınması 2019-cu ilin eyni dövrü ilə müqayisədə 17% artaraq 1 milyon tona çatacaq. (Trend)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












