Azərbaycanlı alim koronavirusla mübarizə strategiyasının əsas tələbini açıqladı - TƏKLİF
Gündəm
19 İyun 2020 13:51

Müxtəlif xəstəliklər adı altında xeyli sayda insan əslində virusdan ölüb
"Dünyanın bir çox ölkələri koronavirusa ilk yoluxmanın dəqiq hansı zamana təsadüf etdiyinin müəyyənləşdirilməsi üçün elmi tədqiqatların aparılmasına başlayıb və hazırda bu proses davam edir". Bu barədə azxeber.com-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib. Alimin sözlərinə görə, bu, koronavirusla mübarizə strategiyasının əsasını təşkil edir: "Hazırda elmi tədqiqatlarda Çində ilk yoluxmanın ötən ilin dekabr ayında deyil, daha əvvəl olduğu ehtimalı müzakirə olunur. Bundan əlavə, Almaniyanın koronavirusla yüksək peşəkarlıqla mübarizəsi ilk yoluxma zəncirinin araşdırılmasından başlayıb. Bu da bu ilin yanvar ayına təsadüf edir. Ondan sonrakı mübarizə prosedurlarının hansı istiqamətdə cərəyan etdiyi də hər kəsə məlumdur. Bundan başqa, Amerikada da elmi tədqiqatlara başlanılıb və araşdırmalar aparılır. Fransa isə artıq tədqiqat aparıb və elmi ədəbiyyata bununla bağlı məlumatlar daxil edilib. Belə ki, Fransanın elmi tibbi tədqiqatlarında bu ölkədə ilk yoluxmanın rəsmi qeydə alındığı vaxtdan daha əvvəl COVID-19 virusuna yoluxma hallarının müəyyənləşdirilməsi alimlər tərəfindən deyilir”.
N.Abdullayev Azərbaycanda da koronavirusla mübarizə strategiyası çərçivəsində analoji elmi tədqiqatların həyata keçirilməsini məqsədəuyğun hesab edir:
"Əgər virus ölkələrdə rəsmi qeydə alındığı zamanlardan daha əvvəllər yayılıbsa, bu da o deməkdir ki, müxtəlif xəstəliklər adı altında xeyli sayda insan əslində virusdan ölüb”, - tibb elmləri doktoru əlavə edib.
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri qeyd edib ki, mübarizə strategiyasında əsas məqsəd R0 yoluxma əmsalını 1-in altına salmaqdan ibarətdir: "Əgər bu gün Azərbaycanda yoluxma əmsalı birin altındadırsa və yoluxma sayı 200-300 və s olsa belə bundan narahat olmağa dəyməz. Əgər yoluxma əmsalı birin üzərindədirsə və yoluxma sayı da çoxdursa, bu zaman həyəcan təbili çalmaq lazımdır. Azərbaycanda isə düzgün olan R0 yoluxma əmsalı mənə hələ bəlli deyil”.
N.Abdullayev Azərbaycanda da koronavirusla mübarizə strategiyası çərçivəsində analoji elmi tədqiqatların həyata keçirilməsini məqsədəuyğun hesab edir:
"Azərbaycanda da ilk yoluxmanın nə zamana təsadüf etdiyini dəqiq müəyyənləşdirmək lazımdır. Təbii ki, ölkəmizdə ilk yoluxma halının rəsmi olaraq fevral ayında olduğu qeydə alınıb. Əgər biz ilk yoluxmanın dəqiq zamanını bilsəydik, bir çox problemlərin qarşısını almaq üçün alternativ yollar da tapmaq sadə olardı. Hansı ki, bunu müəyyən etmək o qədər də çətin deyil. Heç kəs hazırkı dövrdə geriyə dönüb ilk yoluxmanı müəyyənləşdirməyin çətin proses olduğunu və ya bunun səhiyyənin adına xələl gətirəcəyini düşünməsin. Təsəvvür edin ki, əgər bizdə ilk yoluxmanın yanvar ayına təsadüf edildiyi müəyyənləşdirilsə, bu zaman əhalinin təxminən neçə faizinin artıq yoluxduğunu elmi model ilə müəyyən etmək olardı.
Düşünürəm ki, Azərbaycan da bu cür modellərə sahibdir. Bundan başqa ilkin yoluxma halının nə zamana təsadüf etdiyi məlum olarsa, bu zaman model ilə hətta ölkənin daha neçə faizinin yoluxma təhlükəsi ilə üzləşə biləcəyi də məlum olardı və bununla da boşluqlar və problemlər bəlli olardı. Bütün bu araşdırmalar və incələmələr ölkənin səhiyyə gücünün gələcəkdə nəyə qadir olduğunu və həyata keçiriləcək zəruri qabaqlayıcı tədbirləri öncədən göstərə bilərdi. Bu problemlərə əsasən də qabaqlayıcı tədbirlər görüb səhiyyə sistemini hansı istiqamətdə daha da gücləndirmək zərurəti olduğu aydın ediləcəkdir”.
"Əgər virus ölkələrdə rəsmi qeydə alındığı zamanlardan daha əvvəllər yayılıbsa, bu da o deməkdir ki, müxtəlif xəstəliklər adı altında xeyli sayda insan əslində virusdan ölüb”, - tibb elmləri doktoru əlavə edib.
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri qeyd edib ki, mübarizə strategiyasında əsas məqsəd R0 yoluxma əmsalını 1-in altına salmaqdan ibarətdir: "Əgər bu gün Azərbaycanda yoluxma əmsalı birin altındadırsa və yoluxma sayı 200-300 və s olsa belə bundan narahat olmağa dəyməz. Əgər yoluxma əmsalı birin üzərindədirsə və yoluxma sayı da çoxdursa, bu zaman həyəcan təbili çalmaq lazımdır. Azərbaycanda isə düzgün olan R0 yoluxma əmsalı mənə hələ bəlli deyil”.
Oxunub : 1320
DİGƏR XƏBƏRLƏR
10 May 2026 18:18
DİN əməkdaşları Heydər Əliyevin xatirəsini yad etdilər - FOTO - VİDEO
10 May 2026 17:52
SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub - FOTOLAR
10 May 2026 17:39
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
10 May 2026 17:13
Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım etdi - FOTOLAR
10 May 2026 16:26
Özünü pis hiss edən şəhid atasına Prezidentdən xüsusi diqqət - VİDEO
10 May 2026 00:00
Prezidentin sosial şəbəkə hesablarında Cəbrayıla səfərlə bağlı paylaşım edilib - VİDEO
9 May 2026 22:25
Laləlikdə maşın sürmüşdülər, polis saxladı - FOTO - VİDEO
9 May 2026 21:00
Ağdamda yeni tikilən binaların müasir yeraltı dayanacaqları - VİDEO
9 May 2026 20:52
Ermənistan Cəbrayıla yol çəkmək istəyirdi, vaxtı çatmadı - Prezident
9 May 2026 20:00
Mehriban Əliyeva Zəngilandan paylaşım etdi - FOTOLAR
9 May 2026 19:48
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - 500-1000 metrədək
9 May 2026 19:00
Rusiyadan “Tramp Marşrutu” ilə bağlı açıqlama: Vəziyyət dəyişə bilər
ŞƏRH YAZ










