Azərbaycanlı müğənninin arvadı xəyanətə görə intihara cəhd etdi

Müğənni Tuncay Bərdəlinin həyat yoldaşı Nuranə Vəliyeva intihara cəhd edib.
Bu barədə müğənni özü məlumat verib. O bildirib ki, hazırda xanımının vəziyyəti ağırdır: “Nuranə xeyli dərmanlar qəbul edib. Hazırda təcili yardımla xəstəxanaya aparılır. Mən verilişə çıxmağa hazırlaşanda mənə səs atdı ki, özümü öldürəcəyəm. Tez qaçıb gəlmişəm. Bunun günahı mənim evimdən oğurluq edən xadimədədir. O qadın efirdə mən və mənim ailəm haqqında ağzına gələni deyib. Guya mən onunla münasibətdə olmuşam. Bilmirəm o qadının bu qədər şey etdikdən sonra azadlıqda gəzməsi necə olur”. Kliniki Tibbi Mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinə rəhbəri Elnur Hidayətoğlu intihara cəhd edən Nuranə Vəliyevanın vəziyyəti ilə bağlı açıqlama verib. O bildirib ki, hazırda xəstə yuxulu vəziyyətdədir: “Hazırda xəstəxanadadır. Çoxlu yuxu dərmanı və digər dərman qarışıqları qəbul edib. Vəziyyəti orta-ağırdır. Tam sağalana qədər xəstəxanada müalicəsi davam etdiriləcək”. Qeyd edək ki, bir müddət öncə T.Bərdəlinin evində oğurluq olub. İfaçı iddia etmişdi ki, oğurluğu evində çalışan qulluqçu Günel Məmmədova edib. Qulluqçu isə “Elgizlə izlə” verilişində ittihamları təkzib edərək, Tuncayın həyat yoldaşı barədə xoş olmayan sözlər və iddialar irəli sürmüşdü.(Lent.az)
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











