"Azərişıq" vətəndaşlara müraciət edib

"Hər zaman abonentləri dayanıqlı və kefiyyətli elektrik enerjisi ilə təmin etməyi qarşısına məqsəd qoyan “Azərişıq” ASC həmçinin təhlükəsizlik məsələsini də ön planda tutur. Bununla belə bəzi məsuliyyətsiz insanlar var ki, özünün və başqalarının həyatını düşünmədən ətraf üçün təhlükə saçan addımlar atır". Bunu qurumun Mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev deyib.
Onun sözlərinə görə, Abşeron rayonu, Hökməli-Qobu yolu, Koroğlu küçəsindən keçən 2 dövrəli 10 kv-luq Elektrik Verlişi Xəttinin mühafizə zonasında 2 mərtəbəli obyekt tikilir və həmin obyektin dam örtüyü adı çəkilən EVX-nə toxunur. Obyekt sahibinə baş verə biləcək yanğın və hər hansı bədbəxt hadisə ilə əlaqədar olaraq, dəfələrlə xəbərdarlıq edilib.
"Bildiririk ki, belə hallar minlərlə istehlakçının dayanıqlı elektrik enerjisi ilə təminatını təhlükə altında qoyur. Və təbii olaraq qaydalara uyğun tikilmədiyi üçün gələcəkdə bu binaya elektrik enerjisinin verilişi mümkün olmayacaq. Bu isə sahibkarın haqsız narazlığına səbəb olacaq. Obyekt sahibi özünün və bu binadan istifadə edəcək digər sakinlərin həyatı üçün hansı təhlükə yaratdığını dərk etsə də, qaydalara məhəl qoymaq istəmir və tikintini bu gün də davam etdirib.
Bu barədə Abşeron rayonu İH-nə və həmçinin hüquq-mühafizə orqanlarına rəsmi olaraq məlumat verilib ki, sahibkarın bu özbaşnalığı yolverilməzdir və gələcəkdə böyük təhlükəyə səbəb ola bilər. Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, ev və ya hər hansı bir obyek tikən zaman qaydalara uyğun hərəkət etsinlər, özlərinin və başqalarının həyatı üçün təhlükə yaratmasınlar", - o qeyd edib.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












