“Azerspace-2” vasitəsilə Afrikada rəqəmsal yayım təqdim edilir

Dünyanın bir çox televiziya və radio kanalları platformasında qlobal yayım xidmətləri göstərən “View Satellite Network” şirkəti “Azərkosmos”la əməkdaşlıq müqaviləsi imzalayıb.
Müqaviləyə əsasən “View Satellite Network” Afrikadakı müştərilərinə “Azerspace-2” peykinin resursları vasitəsilə HD standartında rəqəmsal yayım təqdim edir.
“Azərkosmos”un Baş kommersiya direktoru Mark Qusriye qeyd edib ki, “View Satellite Network” şirkətinin müasir və yüksək texnologiyalı yayım şəbəkələri “Azerspace-2” peykinin imkanlarının səmərəli istifadəsinə zəmanət verir:
“Bizim əməkdaşlığımız Afrikadakı gələcək layihələrimiz üçün “Azərkosmos”un etibarlı partnyor olduğunu bir daha sübut edəcək”.
“Bu əməkdaşlıq sayəsində, xüsusilə Qərbi Afrika bölgəsində olan milyonlarla izləyicimiz üçün populyar kanalları HD formatında fasiləsiz yayımlayacağıq”, - deyə “View Satellite Network” şirkətinin baş icraçı direktoru Maksvel Osei bildirib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












