"Aztəminatlı ailələrə hüquqi yardım” adlı layihə başlayıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi maliyyə dəstəyi ilə Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyi 01 iyun 2024-cü il tarixindən “Aztəminatlı ailələrə hüquqi yardım” adlı layihənin icrasına start verib.
Layihə 4 ay (01 iyun-30 sentyabr 2024-cü il) müddətində 4 rayon – İsmayıllı, Qəbələ, Sabirabad və Saatlı rayonu daxil olmaqla, icra olunacaq. Layihənin məqsədi Azərbaycanda aztəminatlı ailələrə hüquqi yardım göstərməkdir.
“Aztəminatlı ailələrə hüquqi yardım” layihə İsmayıllı , Qəbələ, Sabirabad və Saatlı rayonlarında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərində rayon sakinlərinə hüquşünaslar tərəfindən həftədə 2 dəfə olmaqla 4 saat hüquq yardım göstəriləcəkdirl. Eyni zamanda dövlət qurumları üçün müvafiq təklif və tövsiyyələr hazırlanacaq. Layihənin sonunda həyata keçirilmiş hüquq yardım fəaliyyəti ərzində əldə olunmuş məlumatlar, verilmiş xidmətin növləri və nəticələri, müvafiq qısa və uzun zaman müddətində təsir imkanları, qanunvericilikdə mövcud boşluq və onun aradan qaldırılması yolları, həmçinin yerli səviyyədə aztəminatlı ailələr üçün daha yaxşı hüquq yardımı və ədliyyəyə çatımlılıq üçün təkliflər hazırlanacaqdır.
“Dəyirmi Masa” layihə fəaliyyətləri ilə bağlı ümumiləşmiş nəticələrin təqdimatı, hüquqi yardımı ilə bağlı mövcud problemə və çətinliklərin aradan qaldırılması yolları, dövlət qurumlarının bu sahədə səmərəliliyinin artırılması məqsədilə edilə biləcək islahat istiqamətlərin özündə ehtiva edən siyasi dialoq vasitəsi olacaqdır.
25 nəfərin iştirakçı ilə “Dəyirmi Masa” keçiriləcək.
Tədbirdə layihə üzrə tərəfdaş qurumlar, yerli təşkilatlar, QHT-lər, media və Beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək, mümkün seçim imkanları axtarılacaqdır, ingilis dilinə sinxron mütəmadi məlumat və fotolar paylaşılaraq ictimailəşdiriləcək və layihənin gedişatı ilə əlaqədar KİV-də yekun pres-reliz yayımlanacaqdır.
"Son zəng"lə bağlı avtomobil sürücülərinə XƏBƏRDARLIQ - Bu qaydalara riayət edin!
İş saatlarının dəyişdirilməsi tıxacları azaldacaq? – Ekspertdən AÇIQLAMA
Hazırda bu yollarda sıxlıq var - SİYAHI
Yerli istehsalın inkişafı ölkədəki qiymətlərin enməsinə səbəb ola bilər? – Ekspertdən AÇIQLAMA
Bulvardan “Əhmədli”yə qayıq maşrutu ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Dəmir yolları ətrafında yaşayanların keçidlərdən istifadə etməməsi nələrə səbəb olur? - AÇIQLAMA
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Prezidentdən bu dövlət qulluqçularını sevindirəcək qərar
Azovda həlak olanların nəşi vətənə gətirildi - FOTO
Yeni qlobal dəmir yolu layihəsi; türklər Məkkəni daha ucuz qiymətə ziyarət edəcək – RƏSMİ
Bu qanuna dəyişiklik edildi - Prezident Fərman imzaladı










