Bacısının sevgilisini maşınla vurub öldürdü - MƏHKƏMƏ

Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Murad Baxşıyevin şikayəti üzrə ilkin baxış iclası keçirilib. Hakim İlqar Murquzovun sədrlik etdiyi iclasda anket məlumatları və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.
Baxış iclası iyulun 1-nə təyin edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Murad Baxşıyev 17 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 120.2-ci (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib.
Hadisə ötən il Xəzər rayonu, Buzovna qəsəbəsində qeydə alınıb. 29 yaşlı Murad Baxşıyev idarə etdiyi "VAZ 2107" markalı avtomobillə tanışı və qonşusu 1988-ci il təvəllüdlü Əliyev Rəşad Zakir oğlunu qəsdən vuraraq qətlə yetirib.
Hadisə zamanı ölən şəxsin yanında M.Baxşıyevin bacısı V.Baxşıyeva da olub və o da xəsarət alıb.
İttihama görə, Murad bacısının mərhum Rəşadla münasibətini öyrənib və onları öldürmək istəyib.
M.Baxşıyev isə ittihamı qəbul etməyərək məhkəmədə hadisəni təsadüf nəticəsində törətdiyini deyib. (“Report”)
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












