Badamdarda sürüşmənin qarşısını almaq üçün tədbirlərə başlanıb - FOTO

Fövqəladə Hallar Nazirliyi Badamdar yamacında sürüşmənin qarşısını almaq üçün tədbirlərə başlayıb. Bu barədə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Xidmətinin rəis müavini Təyyar Hüseynli deyib.
Onun sözlərinə görə, tədbirlər çərçivəsində ərazidə olan qurunt sularının çəkilməsi üçün drenaj quyularının qazılmasına başlanıb: "Quyular 30 metr dərinlikdə, 3,5 metr diametrində qazılacaq. Quyular hazır olandan sonra yeraltl sular həmin quyularda birləşdirilərək xüsusi borular vasitəsilə ərazidən kənarlaşdırılacaq. Ərazidə qurunt suları 26 metr dərinliklə axır. Ona görə də drenaj quyuları 30 metr dərinlikdə qazılır ki, qurunt sularının yamac istiqamətində axınının qarşısı alınsın. Yeraltı sular yamaca çatmamış qazılan quyulara axdığı üçün aşağı istiqamətə getməsinin qarşısı alınacaq".
T.Hüseynli bildirib ki, drenaj quyularının qazılması və qurunt sularının yamaca axınının qarşısının alınması prosesi 4 aya tekunlaşacaq: "Bu proses başa çatandan sonra yamacın düzəlməsinə və yolun bərpasına başlanacaq. Yamacda yaşıllıq zolağı salınacaq, ərazi abadlaşdırılacaq və yol bərpa olunacaq". (Trend)
.


























Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












