Bakı Avtovağzalı iş qrafikini dəyişdi

Bu il Yeni il və Həmrəylik günü münasibəti ilə 5 gün qeyri-iş günü olacaq. Bakı sakinlərinin əksəriyyəti bu günlərdən faydalanaraq bayramları yaxınları, ailələri ilə birgə qeyd etmək üçün şəhərdən kənara çıxacaqlar. Bayram günlərində ən gərgin iş qrafiki isə əhaliyə xidmət göstərən nəqliyyat sektorunun - dəmiryol vağzalı, avtovağzalların üzərinə düşür. Artıq qurumlar bayram qrafikinə keçməyə başlayıblar.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalın növbə rəisi Məhəmməd Abdullayevin anspress-ə verdiyi məlumata görə, bu gündən etibarən avtovağzal iş qrafikində dəyişikliklər edib.
Bayramla əlaqədar xəttə çıxarılan avtobusların sayı artırılacaq. "Nəqliyyat vasitələri yetərli olacaq və heç bir problem yaşanmayacaq. Dekabrın 21-dən yanvarın 5-nə kimi gücləndirilmiş iş rejiminə keçilir. Adi günlərdə 300-350 nəqliyyat vasitəsi, 7500-8500 sərnişin yola salırdıqsa, bayram günlərində 700-ə yaxın nəqliyyat vasitəsi yola çıxacaq. Sərnişin sayının isə 16 mindən artıq olacağı gözlənilir. Qiymətlərə nəzarət üçün 11 nəfərlik qiymət komissiyamız fəaliyyət göstərir. Biletlər on gün qabaqcadan sifariş olunur, eyni zamanda sərnişinlər biletləri onlayn yolla da əldə edə bilərlər. Əlavə olaraq 250-dən artıq nəqliyyat vasitəsinin xəttə buraxılması da nəzərdə tutulur".
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev nəqliyyat vasitələrində hələlik heç bir qiymət artımın olmadığını bildirib. Onun sözlərinə əsasən, bununla bağlı nazirliyə heç bir şikayət daxil olmayıb və sərnişindaşıma tarifləri ilə bağlı Tarif Şurasında məsələ müzakirə olunmur.
Əslində, hər il bayramqabağı bənzər açıqlamalar verilsə də, istirahət günlərində, xüsusən bayramın ilk günlərində avtovağzalda sərnişin sıxlığı, süni qiymət artırılması kimi vəziyyət yaranır. İnanmaq istəyirik ki, ötən gün dolların qalxması, manatın üzən məzənnəyə keçməsi biletlərin qiymətinin süni şəkildə kəskin artırılmasına yol açmayacaq.
“AzParking” əməkdaşının mülki geyimdə cərimə yazması ilə bağlı ŞİRKƏTDƏN AÇIQLAMA
Vahid Ələkbərovun şirkəti risk altında; “Lukoil”in taleyi necə olacaq? – Politoloq AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Paytaxtın bu küçələrində sıxlıq müşahidə edilir - SİYAHI - FOTO
Hövsan yolunda yaranmış dərin çuxur sürücüyə ziyan vurdu - VİDEO
Azərbaycanla Ermənistan bu il Türkiyədə sülh müqaviləsi bağalaya bilər - POLİTOLOQ
Türk dövlətləri İran–ABŞ münaqişəsinə necə reaksiya verdilər? - EKSPERT AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Brent markalı neftin qiyməti qalxıb bu qədər oldu
Prezident sosial şəbəkə hesabında PAYLAŞIM ETDİ










