Bakı Beynəlxalq Avtovağzal Kompleksi əməkdaşlarının əmək haqları ödənilir

"Dünyada yayılan COVID-19 infeksiyasının əhatə dairəsinin genişlənməsi qlobal iqtisadiyyata, o cümlədən ticarət, turizm, ictimai iaişə və digər bir çox sahələrə öz mənfi təsirini göstərib. Ölkəmizdə mart ayından etibarən koronovirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Həmçinin, paytaxt Bakıdan regionlara və əksinə, eyni zamanda beynəlxalq sərnişindaşımaya məhdudiyyət tətbiq olunub".
Avtosfer.az-a daxil olan məlumata görə, sərnişindaşımanın dayanması səbəbindən Bakı Beynəlxalq Avtovağzal Kompleksi işçiləri müvafiq şəraitə uyğun olaraq fəaliyyətini dayandırıb.
Bu problem Bakı Beynəlxalq Avtovağzal Kompleksi işçilərinin əməkhaqlarının bir müddət ödənilməməsi ilə nəticələnib:
"Bakı Beynəlxalq Avtovağzalı Kompleksi əməkdaşlarının ödənilməyən əmək haqlarının verilməsinə köməklik göstərilməsi üçün müvafiq qurumlara-Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və İqtisadiyyat Nazirliyinə müraciət edib. Problemin qısa zaman ərzində həll olunması üçün aidiyyəti qurumlar Bakı Beynəlxalq Avtovağzal Kompleksinin rəhbərliyinə köməklik göstəriləcəyini bildiriblər. Hazırda bu istiqamətdə işlərə başlanılıb və yaxın zamanda işçilərin əmək haqlarının ödənilməsi həyata keçiriləcək".
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












