Bakı bulvarında yeni obyekt tikilir? - AÇIQLAMA

Sosial şəbəkələrdə bulvar ərazisində qoyulan dəmir arakəsmələrlə bağlı bir sıra məlumatlar yayılıb. Ərazidə hər hansı tikinti işlərinə hazırlıq aparıldığına dair iddialar irəli sürülür.
İddialarda bu ərazidə yeni iaşə obyektinin olacağı da səsləndirilir.
Mövzu ilə əlaqədar Oxu.Az-a açıqlama verən Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədrinin müşaviri Könül İmamverdiyeva iddiaların əsassız olduğunu bildirib:
“Sözügedən ərazidə heç bir tikinti işlərinə hazırlıq getmir və ya yeni tikintinin aparılması gözlənilmir. Bu məlumatlar tamamilə əsassızdır. Dəmir baryerlərin qoyulması ərazidə təmir-bərpa işlərinə zərurət olduğu zaman qoyulur. Dəmir baryerlərin qoyulmasına səbəb döşəmələrdəki çatlar və bir qisminin yararsız hala düşməsidir. Həmin yararsız hala düşən döşəmələr yeniləri ilə bərpa edilir. Bu da bulvar ərazisində istirahət edən insanların rahat hərəkətini təmin etmək üçün atılan addımdır”.
“Bulvar ərazisində gələcəkdə hər hansı yeni layihələrin, tikinti işlərinin aparılması nəzərdə tutularsa, bu barədə ictimaiyyətə məlumat veriləcək. Hazırda bu istiqamətdə heç bir məlumat yoxdur”, - deyə K.İmamverdiyeva qeyd edib.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Qəza törədən sürücü hansı halda cinayət məsuliyyətindən azad edilə bilər? - HÜQUQŞÜNAS
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO











