Bakı Limanında Türkiyə və Çindən gələn ixrac yükləri aşırılıb

6 fevral tarixində Bakı Limanında Türkiyədən və Çindən gələn ixrac yükləri aşırılıb.
Bu barədə Bakı Limanından bildiriblər. Türkiyənin artıq sayca üçüncü ixrac qatarı 6 fevral tarixində Bakı Limanına çatıb. Tibbi və kimyəvi məhsullar daşıyan yük karvanı hər biri 40 futluq olmaqla 42 konteynerdən ibarətdir. Konteynerlər 6 saat ərzində Bakı Limanında "Beket - Ata" fider gəmisinə yüklənərək Aktau limanına yola salınıb.
Konteynerlər oradan Çinin Sian şəhərinə çatdırılacaq. Bu qatarın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri - ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) şirkətləridir.
Qeyd edək ki, "Beket - Ata" gəmisi bu gün Bakı Limanına çatıb və Çindən hər biri 40 futluq olmaqla 36 konteynerdən ibarət sənaye avadanlıqları (kompressorları) gətirib.
Məlumat vermək istərdik ki, Türkiyədən Çinə ixrac yükləri daşıyan ilk konteyner qatarı Bakı Limanına 2020-ci ilin 10 dekabr tarixində, ikinci konteyner qatarı isə 26 dekabr tarixində çatmışıdır. Əlavə olaraq qeyd edək ki, 2020-ci il ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə Xəzərdənizi üzərindən fider gəmiləri vasitəsilə ümumilikdə 12,672 TEU konteyner daşınıb.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ












