Bakı Limanının “ROBOPORT” proqramını uğurla bitirən şagirdlərə sertifikat verildi – FOTO

"AZCON Holding" şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin təşkil etdiyi “ROBOPORT” adlı robototexnika, kodlama və STEAM kursunun ikinci qrup məzunları proqramı uğurla başa vurublar. Avtosfer.az xəbər verir ki, Ələt qəsəbəsinin məktəbliləri üçün keçirilən bu kursda ümumilikdə 22 nəfərdən ibarət iki qrup iştirak edib və təlimi uğurla tamamlayıb. “Gələcəyin mühəndisləri burada yetişir” şüarı ilə keçirilən “ROBOPORT” proqramında məqsəd uşaqlara erkən yaşlardan texnologiya və kodlaşdırma sahəsində əsas bilikləri öyrətməkdir. Tədbirdə texnologiyanın bugünkü dövrdə mühüm rol oynadığı, kursda qazanılan biliklərin real həyatda tətbiqinin vacibliyi bildirilib. Sonda “ROBOPORT” proqramını uğurla tamamlayan şagirdlərə sertifikat və hədiyyələr təqdim olunub. Qeyd edək ki, STEAM kursları müxtəlif fənləri inteqrasiya edərək, nəzəriyyə ilə praktikanı birləşdirərək şagirdlərə real həyat problemlərini həll etmə bacarığı qazandırır. Bu kurslarda uşaqlar yalnız faktları öyrənmir, həm də analiz edir, suallar verir və fərqli yollarla düşünməyi öyrənirlər. Bu onların innovativ və yaradıcı fərdlər kimi yetişməsinə kömək edir. STEAM kursları qrup şəklində təşkil edilərək şagirdlərə əməkdaşlıq etməyi, fikirlərini düzgün ifadə etməyi və liderlik bacarıqlarını inkişaf etdirməyi öyrədir, şagirdlər öz layihələrini qurur, təqdim edir və uğur qazandıqca özünə inamları artır.





Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












