Bakı Metropolitenində formalaşan qrunt sularından istifadə imkanları araşdırılacaq

Bakı Metropolitenində formalaşan qrunt sularından istifadə imkanları araşdırılacaq. Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda deyilir.
Tədbirlər Planında Bakı Metropoliteni ərazisində yeraltı sular və yağış suları hesabına formalaşan qrunt sularının tullantı suları şəbəkəsinə axıdılmadan xaric edilməsi və həmin sulardan istifadə imkanlarının araşdırılması və müvafiq tədbirlər görülməsi nəzərdə tutulub.
Bundan başqa, Tədbirlər Planında alternativ mənbələrdən, o cümlədən qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflərin və subartezian və artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması və istismarı qaydasının layihəsinin Nazirlər Kabinetinə təqdim edilməsi öz əksini tapıb.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












