"Bakı Metropoliteni"nin 22 işçisi koronavirusa yoluxub, 1-i ölüb - RƏSMİ

Hazırda "Bakı Metropoliteni" QSC-də çalışan 22 nəfər yeni tip koronavirus ("COVID-19") infeksiyasına yoluxduğu üçün müvafiq tibbi mərkəzlərdə müalicə alır.
Avtosfer.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, həmin xəstələrin vəziyyəti ilə "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi müntəzəm maraqlanır:
“Ümumiyyətlə, bu məsələlərdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” və digər səlahiyyətli qurumlarla müntəzəm əlaqəli şəkildə fəaliyyət təmin edilir, müvafiq normativ tələblərə ciddi riayət olunmasına xüsusi diqqət yetirilir”.
O qeyd edib ki, “COVID-19” infeksiyasının ölkəmizdə yayılmağa başladığı vaxtdan müxtəlif dövrlərdə 6 metropoliten əməkdaşı bu xəstəlikdən müalicə alaraq sağalıb:
“Bir nəfər isə dünyasını dəyişib. Ötən müddət ərzində bu və digər səbəbdən "COVID-19" şübhəsi ilə müvafiq yaxma götürülmüş 7 işçidə testin nəticəsi mənfi olub.
Yeni tipli koronavirus infeksiyasına yoluxmuş QSC əməkdaşları müxtəlif sahələrdə çalışırlar. "Bakı Metropoliteni" QSC-də hər hansısa sahədə kütləvi yoluxma faktı qeydə alınmayıb”.
B.Məmmədov deyib ki, metropoliten işçilərinin hər gün işə başlamasına Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi müvafiq metodiki göstərişlərdən irəli gələn tələblər və müvafiq yoxlamadan sonra icazə verilir:
“Metropolitendə iş başında yoluxma və yaxud bir işçinin digərlərini yoluxdurması faktı qeydə alınmayıb. “COVID-19” simptomları olan xəstələr metodiki göstərişə uyğun olaraq, analizlər verir və nəticə elan edilənə qədər özünütəcrid qaydalarına əməl etməklə ev şəraitində olurlar.
İctimai kütləvi sərnişindaşıma nəqliyyatı vasitəsi olduğundan metropolitendə işçilərin metodiki göstərişlərə və sanitar-gigiyenik tələblərə daim əməl etməsi, bu normaların tələblərinə uyğun sağlam iş şəraitində çalışması, həmçinin onların səhhəti hər gün xüsusi nəzarət altında saxlanılır, müvafiq sahələrin normativ tələblərə uyğun əsaslı, cari və növbədənkənar dezinfeksiyası müntəzəm qaydada təmin edilir”.(modern.az)
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










