Bakı metrosu 24 saat işləyəcək

Avropa Oyunları ərəfəsində Bakı Metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin anspress-ə verdiyi məlumata görə, iyunun 12-dən etibarən metro səhər saat 06:00-dan gecə saat 01:00-a qədər işləyəcək. Onun sözlərinə görə, oyunların açılışı və bağlanışı günü ola bilsin ki, metro 24 saat işləsin.
“Sərnişinlərin çoxluğunu nəzərə alaraq, metronun xidməti gecə saatlarına qədər uzadıla bilər. Avropa Oyunlarının açılış günü və bağlanış günü metro qatarları səhərə qədər xidmət göstərə bilər. Çünki stadiona yaxın olan “Koroğlu” stansiyasına sərnişin axını olacaq. Çalışacağıq ki, sərnişinlərin rahatlığını tam təmin edə bilək”, - deyə Nəsimi Paşayev bildirib.
Qeyd edək ki, Bakıda keçiriləcək I Avropa Oyunları zamanı şəhərdaxili avtobuslar da gecəyə qədər işləyəcək. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, Avropa Oyunları ərəfəsində sərnişin avtobusları 20 saatdan çox işləyəcək.
“Sərnişin avtobusları səhər saat 05:00-dan işləməyə başlayacaq və gecə saat 01:00-a qədər işləyəcək. Oyunların açılış və bağlanış günlərində isə ola bilsin avtobuslar bütün gecəni də işləsin”, - deyə Namiq Həsənov bildirib.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












