Bakı-Moskva aviareysində gözlənilməz vəziyyət yaranıb

"Bakı-Moskva aviareysini yerinə yetirən təyyarə havaya qalxmağa hazırlaşdığı vaxt sərnişinlərdən birinin səhhətində problem yaranıb və tibb işçiləri ona kömək ediblər. Bundan sonra təyyarənin nə vaxt havaya qalxacağı ilə bağlı qərar veriləcək". Avtosfer.az xəbər verir ki, bu barədə "report"a bu gün saat 10:40-da Bakıdan Moskvaya uçmalı olan "Azərbaycan Hava Yolları" (AZAL) QSC-yə məxsus "Airbus-320" təyyarəsinin gecikmə səbəblərinə aydınlıq gətirən AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib ki, J2 852 reysini yerinə yetirən təyyarənin uçuş vaxtı 11:40-a keçirilib.
Təyyarədə olan sərnişinlərin verdiyi xəbərə görə, səhhəti pisləşən kişi sərnişin əvvəl təyyarədən düşürdülüb, ona tibbi yardım göstərilib və yenidən təyyarənin salonuna qayıdıb. Təhlükəsizlik qaydalarına uyğun olaraq, bu reysi yerinə yetirən "A-320" təyyarəsinin bütün sərnişinləri yenidən endirilib və onların əl baqajı, habelə təyyarənin salonu təkrar yoxlamadan keçirilir.
Qeyd edək ki, bu reyslə hərəkət edəcək təyyarə hələ havaya qalxmayıb.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












