Bakı Nəqliyyat Agentliyi yanında İctimai Şura yaradılır - Üzvlüyə seçim başladı

Bakı Nəqliyyat Agentliyi fəaliyyət istiqamətləri üzrə texniki və hüquqi layihələrin hazırlanması və qəbulu zamanı ictimai iştirakçılığın və nəzarətin təşkili məqsədilə vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə İctimai Şuranın tərkibinin müəyyən edilməsi prosesinə başlayıb. Bu barədə Avtosfer.az-a verilən məlumatda bildirilir ki, Bakı Nəqliyyat Agentliyi İdarə Heyəti sədrinin 10-12-264 nömrəli 18 avqust 2020-ci il tarixli əmri ilə Bakı Nəqliyyat Agentliyi yanında İctimai Şuraya seçkinin təşkili məqsədi ilə yaradılmış Seçki Komissiyası tərəfindən İctimai Şuranın üzvlərinin say həddi, İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün nəzərdə tutulan müddət müəyyən edilib.
Belə ki, Bakı Nəqliyyat Agentliyi yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi üçün 24.08.2020-ci il tarixindən 23 sentyabr 2020-ci il tarixinədək qeydiyyat aparılacaq.
İctimai Şuranın üzvlüyünə namizədliyin irəli sürülməsinə dair müraciətə aşağıdakı sənədlər əlavə edilməlidir:
namizəd fiziki şəxs olduqda şəxsiyyət vəsiqəsinin surəti, hüquqi şəxs olduqda reyestrdən çıxarışın surəti;
Fiziki şəxslərə dair əlavə məlumatlar:
namizədin tərcümeyi-halı;
namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda təşkilat tərəfindən namizədin irəli sürülməsi barədə müraciəti, həmin üzvlüyü təsdiq edən sənədin surəti.
Hüquqi şəxslərə dair əlavə məlumatlar:
Nizamnaməsinin surəti.
Namizədin bu sahədə təcrübəsini əhatə edən digər sənədlər müraciətə əlavə oluna bilər.
Seçki ilə əlaqədar müraciətlər Bakı Nəqliyyat Agentliyinə poçt və ya rəsmi elektron poçt ünvanı ([email protected]) vasitəsi ilə ünvanlanmalıdır.
Ünvan: Bakı şəhəri, Ziya Bünyadov pr. 111
Tel: (+994 12) 404 41 20
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












