Bakı-Sumqayıt sürət qatarlarına onlayn bilet almaq MÜMKÜN OLACAQ – RƏSMİ

Bakı-Sumqayıt sürət qatarına onlayn bilet satışının olmaması sərnişinlərin narazılığına səbəb olub. Çünki, Sumqayıt və Bakı ətrafı yaşayış məntəqələrinin, eləcə də paytaxt sakinləri arasında sürət qatarlarından istifadə edənlərin sayı kifayət qədərdir.
Tək bir faktı qeyd edək ki, bu ilin yanvar-aprel aylarında “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 2 milyon 77,4 min sərnişin daşınıb. Bu qədər sərnişinin ən azı 90 faizi Bakı-Sumqayıt arasında daşınıb. Ona görə də bu qədər sərnişinin narahatlığını və maraqlarını nəzərə almaq çox vacibdir.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin mövqeyini öyrəndik. Qurumdan Bizim.Media-ya bildirildi ki, onlayn bilet satışı üzrə proqram təminatının rəqəmsallaşdırılması məqsədilə yeni mobil tətbiqin hazırlanaraq istifadəyə verilməsi üzrə iş aparır:
“Mobil tətbiqin istifadəyə verilməsi sərnişinlərə Abşeron dairəvi dəmir yolu xətti üzrə elektrik qatarlarına onlayn bilet almaq imkanı yaradacaq. Hazırda isə Abşeron dairəvi dəmir yolu xəttinin bütün stansiyalarında təmassız ödənişi dəstəkləyən istənilən bank kartı, həmçinin ADY-nin gediş kartı ilə rahat şəkildə ödəniş etmək mümkündür”.
Qurumdan o da bildirilib ki, 2016-cı ildən regionlar üzrə dəmir yolu nəqliyyatından istifadə edən sərnişinlər qurumun rəsmi saytına daxil olaraq onlayn bilet əldə edirlər.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












