Bakı-Sumqayıt yolundakı yeni avtobus zolağı ilə bağlı - AYNA-dan AÇIQLAMA

Bir neçə gün öncə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Moskva prospektinin Biləcəri enişi adlanan hissəsindən Həmdəm Ağayev küçəsinədək olan hissəsində xüsusi hərəkət zolağı yaradılıb. Yeni avtobus zolağı ilə bağlı sosial şəbəkələrdə avtomobil sürücülərinin narazılıqlarını ifadə edən videolar əks olunub. Sürücülər iddia ediblər ki, avtobuslar yeni zolaqdan nadir hallarda keçir, bununla da digər minik vasitələrinin istifadə etdiyi həmin yol daralır və nəticədə tıxac yaranır.
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı “Trend.az”ın sorğusuna cavab olaraq AYNA-dan bildirilib ki, Moskva prospektinin Biləcəri enişi adlanan hissəsindən Həmdəm Ağayev küçəsinədək olan hissəsində təşkil edilən xüsusi hərəkət zolağı ilə hazırda gün ərzində 960 dəfə avtobus hərəkət edir:
"Nəticədə 90.000-dən çox ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaranıb.Sözügedən yol sahəsində 102, 114A, 114B, 119, 199, 500, 503, 508, 594 nömrəli marşrutlar da daxil olmaqla ümumikdə 9 marşrut fəaliyyət göstərir".
Qurumdan bildirilib ki, təşkil edilən xüsusi hərəkət zolağı ilə hərəkət edəcək marşrut və avtobus sayının artırılması nəzərdə tutulub:
"Bu da Sumqayıt, Xırdalan şəhərləri və Masazır qəsəbəsi istiqamətində hərəkət edən sərnişinlərin fasiləsiz daşınmasına müsbət təsir edəcək. Qeyd edək ki, bu ərazidəki məsafəni avtobuslar pik saatlarda 15 dəqiqəyə getdiyi halda, xüsusi zolağın təşkilindən sonra həmin məsafəni ictimai nəqliyyat vasitələri 4 dəqiqəyə qət edir",- AYNA-dan əlavə edilib.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












