Bakıda 1000, Sumqayıt və Gəncədə 100-dən çox könüllüdən seroloji test nümunəsi götürülüb

Ölkəmizdə ilk dəfə olaraq Bakıda keçirilən seroloji testlər yekunlaşmaq üzrədir. Güman edirik ki, bu həftə testlər başa çatacaq və onun ilkin nəticələri barədə məlumat verə biləcəyik. Bu barədə tibb üzrə fəlsəfə doktoru, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova deyib. Onun dediyinə görə, artıq təsadüfi seçilmiş 1000-dən artıq könüllü test edilib və onların qan zərdabında virus əleyhinə anticisimlərin yaranıb-yaranmadığı aşkar ediləcək. İşçi qrupunun rəhbəri seroloji testlərin proqnostik əhəmiyyət daşıdığını və hazırda əhalinin neçə faizinin yeni növ koronavirus (COVID-19) xəstəliyi keçirməsini öyrənməyə imkan verəcək: “Seroloji testlər nəticəsində əhalinin yarıdan çoxunda anticisimlərin yaranmasının aşkar edilməsi karantin rejimində məhdudiyyətlərin ləğv olunması üçün əsas verəcək. Nümunə götürülənlərin az qismində anticisimlərin aşkar edilməsi karantin rejimində sərtləşdirməyə ehtiyac olduğunu ortaya çıxaracaq. Nəticələr haqqında yəqin ki, gələn həftə danışmaq mümkün olacaq”. Bu həftə Gəncə və Sumqayıt şəhərlərində də seroloji testlərin aparılmasına başlanılıb və hər iki şəhərdə təsadüfi seçilmiş könüllülərdən 100-ə yaxın nümunə alınıb. Şəhər sakinləri testlərin aparılmasını anlayışla qarşılayır və COVID-19 infeksiyası ilə mübarizədə onun oynadığı həlledici əhəmiyyəti nəzərə alaraq skrininqlərdən həvəslə keçirlər.
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












