Bakıda 150 kiloqram yararsız at əti aşkarlanıb - VİDEO

Bakının Qaradağ rayonunda at kəsimi ilə məşğul olan şəxsin qanunsuz əməlinin qarşısı alınıb. Lökbatan massivində yerləşən fermanın həyətində atların kəsilməsi ilə məşğul olan şəxs Azərbaycan Qida Təhlükəsizlik əməkdaşları tərəfindən ifşa edilib. AQTA-nın Bakı Regional Şöbəsi və Qaradağ rayon polis idarəsinin əməkdaşları ilə birgə fermaya baxış keçirilib. Müəyyən olunub ki, atlar qanunsuz olaraq antisanitar şəraitdə 1982-ci il təvəllüdlü Babayev Füzuli Hidayət oğlu tərəfindən kəsilib. Kəsim üçün hazır olan beş at və kəsilərək hazır vəziyyətə gətirilən 150 kiloqram ət müsadirə olunub. O cümlədən ata məxsus içalatlarda fermanın xüsusi olaraq hazırlanmış otaqlarından aşkar edilib.
F.Babayev bildirib ki, həmin atların əti təmizdir və özü də o ətdən istifadə edir. AQTA-nın Bakı Regional Şöbəsinin rəis müavini Elxan Məmmədovun sözlərinə görə, ətlərdən nümunələr götürülərək ekspertizaya göndərilib. Bundan başqa qurum bu cür halların qarşısını almaq üçün reydlərə davam edəcək. (APA)
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ











