Bakıda 300 sürücü cəzalandırıldı

Bu aydan etibarən “Bakı Sərnişinnəqliyyat” MMC-nin əməkdaşları I Avropa Oyunları ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaqlar. “Bakı Sərnişinnəqliyyat” Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsinin müdir müavini Vüqar İbrahimlinin anspress-ə verdiyi məlumata görə, oyunlar bitənə qədər 24 saatlıq iş rejimində çalışacaqlar. Onun sözlərinə görə, paytaxt ərazisində sərnişin və yük daşıma ilə məşğul olan bütün nəqliyyat vasitələri ciddi şəkildə yoxlanılacaq. “İyun ayının birindən etibarən 351 şəxsi heyyət və 56 avtomobil müxtəlif ərazilərdə növbə çəkəcək. Yoxlamalar zamanı qanunsuz sərnişin və yük daşıma ilə məşğul olanlar müəyyənləşdiriləcək. Eyni zamanda, təhlükəsizlik qaydalarına əməl etməyən sürücülər müəyyən ediləcək. Geyim və bəzi qaydaları pozan şəxslər də cəzalandırılacaq”.
Qurum rəsmisinin sözlərinə görə, yoxlamalar zamanı ötən ay 300-ə yaxın qanunsuz sərnişin daşıma ilə məşğul olan sürücü müəyyənləşib. Onlar fərqlənmə nişanı olmadan sərnişindaşıma ilə məşğul olurlarmış. “Keçirilən tədbirlər nəticəsində əvvəlki illərə nisbətən qayda pozan sürücülərin sayı azalıb. Əgər əvvəllər qanunsuz sərnişindaşıma ilə məşğul olanlar çox idisə, indi artıq bunun qarşısı alınıb”, - deyə Vüqar İbrahimli qeyd edib.
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












