Bakıda 6 nəfəri güllələyənin əvvəl «Lexus»u, sonra özü tapıldı - FOTO - YENİLƏNİB

Gündəm 22 Dekabr 2015 13:40 Oxunub 4979
Bakıda 6 nəfəri güllələyənin əvvəl «Lexus»u, sonra özü tapıldı - FOTO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Daxili İşlər Nazirliyi həmin şəxsin kimliyini açıqlandı

Daxili İşlər Nazirliyi Lökbatan qəsəbəsindəki restoranda 6 nəfərin güllələnməsi ilə bağlı rəsmi məlumat yayıb. Avtosfer.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 21-də saat 23 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Zeytə” restoranının qarşısında Bakı şəhər sakini Məhərrəm Əliyev və  Samir adlı şəxs qəsəbə sakinləri Ədalət Həsənov, oğlu Orxan, Mehrab Əliyev, Cəmil Həmidov, Nazim Kərimov və Rafiq Kərimovla mübahisə etdikdən sonra M.Əliyev “Vinçestr” markalı tüfəngdən atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarəti yetirib hadisə yerini tərk ediblər. Yaralılara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Qaradağ RPİ tərəfindən zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Bu arada, polis Bakının Lökbatan qəsəbəsində silahlı insident törədən Məhərrəm Əliyevin avtomobilini tapıb. “Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, M.Əliyev hadisə yerinə “Lexus” markalı avtomobillə gedib. Hadisəni “Vinçester” markalı tüfənglə törədən M.Əliyev daha sonra gəldiyi avtomobillə də hadisə yerini tərk edib. Onun avtomobili Badamdar qəsəbəsində tapılıb. M.Əliyevin axtarışları davam etdirilir.

Qeyd edək ki, hadisə nəticəsində 6 nəfər yaralanıb. Onlardan birinin 7 yaşı var.

Lökbatan qəsəbəsində baş verən silahlı insident nəticəsində yaralanan şəxslərin hazırda vəziyyəti stabildir. Azvision.az-ın 1 saylı Şəhər Kliniki Xəstəxanasında olan əməkdaşının verdiyi xəbərə görə, insident zamanı yaralanan şəxslərdən üçü artıq evə buraxılıb. Yaralılardan biri travmatalogiya, 2 nəfər isə cərahiyyə şöbəsinə yerləşdirilib. Yaralı şəxslər polis nəzarətindədir. Yaxınlarının bildirdiyinə görə, insident zamanı yaralanan şəxslər Qızıldaş qəsəbəsində yerləşən daş karxanasında fəhlə işləyirmişlər.




Hadisənin təfərrüatlarına gəlincə, hadisə zamanı yaralan Ədalət Həsənov Lökbatan qəsəbəsindəki “Zeytə park” restoranında 7 yaşlı oğlu Orxan üçün ad günü şənliyi keçirirmiş. Bu münasibətlə Ədalət Həsənov daş karxanasında işləyən dostlarını övladının ad gününə dəvət edibmiş. Mərasim keçirilən zamanı restoranda Ədalət Həsənovun dostları ilə digər masada əyləşən müştərilər arasında mübahisə yaranıb. İçkili halda olan Bakı şəhər sakini Məhərrəm Əliyev və dostu Samir adlı şəxs Ədalət Həsənovun qonaqlarından sakit olmağı tələb edib və onları hədələyib. 



Mübahisə böyüdükdən sonra Məhərrəm Əliyev onlara odlu silahdan atəş açmağa başlayıb. Nəticədə 6 nəfər yaralanıb. Bunlar Ədalət Həsənov, onun azyaşlı oğlu Orxan, Nazim Həsənov, Rafiq Kərimov, Cəmil Həmidov və Mehrab Əliyevdir. Yaralılardan 5-i tüfəngdən, 1-i isə tapançadan açılan atəş nəticəsində xəsarət alıb”. Hazırda hadisənin tördənlərdənlərin Bakı şəhər sakini Məhərrəm Əliyev və Samir adlı şəxs olduğu müəyyən edilib. Eyni zamanda polislərin nəzarətində hadisəni törədən şəxslərdən biri 1 saylı Şəhər Kliniki Xəstəxanasın gətirilərək xəsarət alanlarla üzləşdirilib. 



Yaralıların qohumları bildirib ki, silahdan atəş açan şəxs yüksək vəzifəli şəxsin oğludur. 
Xəstəxana işçilərinin bildirdiyinə görə, silahdan atəş açan şəxs görüş zamanı: `Günahkar mənəm, yaxşı eləmişəm`-deyə cavab verib. `Həmin şəxs xəstəxanaya polisin müşayiəti ilə gəlmişdi. Heç nədən qorxmadan, çəkinmədən dedi ki, yaxşı eləmişəm. O, atasının vəzifədə işlədiyini deyərək hamını hədələdi`-deyə yaralıların qohumları deyib.

 

***

Bakıda restoranda silahlı insident törədən şəxs saxlanılıb. Bu barədə APA-ya Qaradağ rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, hadisənin əsas iştirakçısı Məhərrəm Əliyevtutularaq polis idarəsinə gətirilib. Hazırda onun ifadəsi alınır. Günün sonuna kimi onun barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir. Polisdən həmçinin bildirilib ki, hazırda polis hadisənin digər iştirakçısının tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh