Bakıda avtobuslarda da bank kartları ilə ödəniş mümkün olacaq? - AÇIQLAMA

Artıq metrodan keçid zamanı NFC dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” ilə ödəniş etmək mümkündür. Yeni mexanizm sınaq mərhələsindədir və tezliklə bütün xətlər üzrə aktiv olacaq.
Nəticə uğurlu olacaqmı? Bu sistemi gələcəkdə avtobuslarda tətbiq etmək olarmı?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Redaktor.az"a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov qeyd etdi ki, ictimai nəqliyyatda ödəmə sistemləri təkmilləşdirilir:
"Bu haqda düşüncəm ondan ibarətdir ki, bu, uğurlu olacaq. Atılan addım sərnişinlərin rahatlığı və sərbəst hərəkəti üçündür. Bu isə ictimai nəqliyyatda vacib olan addımlardan biridir".

Ekspert vurğuladı ki, ictimai nəqliyyatın avtobus seqmentində Gəncədə artıq bank kartları ilə gediş haqqını ödəmək mümkündür:
"Gəncənin “City” kartı ilə yanaşı, istənilən bank kartı ilə də ödəniş etmək olur. Düşünürəm ki, Bakıda da bu sistem tezliklə qurula bilər".
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












