Bakıda bacısını və onunla birgə yaşayan şəxsi bıçaqlayan tutuldu

İyulun 25-i gecə saat 14 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1994-cü il təvəllüdlü Zümrüd Sadıqovaya və onunla birlikdə yaşayan 1987-ci il təvəllüdlü İsmayıl Həmidova çoxsaylı bıçaq xəsarətləri yetirilməsi barədə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, Yasamal rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, o cümlədən digər prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla 1996-cı il təvəllüdlü Sadiq Sadıqovun həmin gün saat 13 radələrində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bacısı Zümrüd Sadıqovaya və sonuncu ilə birlikdə yaşayan İsmayıl Həmidova çoxsaylı bıçaq xəsarətləri yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.
Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Sadiq Sadiqov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












