Bakıda bina sakinləri ölümlə üz-üzədir: Tikili hər an uça bilər - VİDEO

Bakının Nizami rayonu, Yavər Səfərov küçəsi, 32 ünvanında yerləşən tikili sakinlərin qorxulu yuxusuna çevrilib. Vay o gündən ki, bu yuxu çevrilib həqiqət ola.
Avtosfer.az xəbər verir ki, illərdir dəmir dirəklər üzərində qurulan bu tikili son vaxtlarda tamamilə acınacaqlı hal alıb.
Ərazidən dəmiryolu xəttinin keçməsi isə binanın çökmə təhlükəsini daha da sürətləndirir. Dörd ailənin yaşadığı bu tikilinin qəzalı olmasına dair hətta bir il əvvəl FHN rəy də bildirib. Lakin vəziyyət bu günə qədər dəyişməz olaraq qalmaqdadır.
Nizami Rayon İcra Hakimiyyətinin Keşlə qəsəbəsi üzrə icra nümayəndəliyindən bildirdilər ki, məsələdən xəbərdardırlar.
İcra nümayəndəsi Qara Qarakişiyevin sözlərinə görə, məsələyə yenidən baxılması üçün aidiyyəti qurumlara müraciət ünvanlayacaqlar:
“Qeyd etdiyiniz ünvandan xəbərimiz var. Biz rayon İcra Hakimiyyətinə müraciət etmişik. FHN tərəfindən akt tərtib olunub, rəy də verilib. Amma biz yenidən bu məsələ barədə Nazirlər Kabinetinə müraciət edəcəyik...”
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












