Bakıda dövlətə meydan oxuyan avtobus sürücüləri

Qarşıdan gələn İlk Avropa Oyunları ilə bağlı paytaxt və regionlarda bir çox mühüm tapşırıqlar verilib və yerinə yetirilməkdədir.
Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, Avropa Oyunları ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti, Nəqliyyat Nazirliyi, Nazirlər Kabineti, Bakı Şəhər Baş Polis İdarəsi və başqa bu kimi qurumlar bir çox tapşırıqlar alıblar.
Əsas məqamlardan biri - Nəqliyyat Nazirliyinin tapşırığına əsasən, İlk Avropa Oyunları ilə bağlı könüllülər və digər akkreditasiya almış şəxslər üçün şəhərdaxili nəqliyyatdan istifadə pulsuzdur. Ancaq saytımıza daxil olan məlumatda qeyd olunur ki, şəhərdaxili avtobusların bir neçəsində Oyunlarda akkreditasiyanı heçə sayırlar.
Konkret olaraq 77 və 66 saylı xətt üzrə hərəkət edən avtobusların sürücüləri: "Biz sizə görə indi pulsuz qalmalıyıq?" - deyərək akkreditasiyası olan sərnişinlərdən pul istəyirlər.
Sözügedən problemlə bağlı İlk Avropa Oyunlarının media informasiya masası ilə əlaqə saxladıq. Media masasından Milli.Az-a bildirildi ki, akkreditasiya əldə edən hər bir kəs şəhərdaxili nəqliyyat vasitələrindən rahat şəkildə, pulsuz istifadə edə bilərlər:
"Xahiş edirik ki, bu cür hal ilə rastlaşan şəxslər öncə Nəqliyyat Nazirliyinə müraciət etsinlər. Çünki nazirlik özü bütün nəqliyyat vasitələrinə bununla bağlı tapşırıq verib.
Əgər bu hal kütləvi şəkildə baş verərsə, ən azından, avtobusların bir çoxunda, onda biz rəhbərliyə müraciət edib bunun qarşısını alacağıq".
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Xarici vətəndaşın Azərbaycanda əmlak sahibi olması prosesi necə həyata keçirilir? - HÜQUQŞÜNAS - FOTO
Netanyahu Trampın sülh planına niyə qarşı çıxır? – Politoloq AÇIQLADI
Bakıdan bu ölkələrə gəmi ilə getmək mümkün olacaq? – Ekspert AÇIQLADI
Bu küçələrdə sıxlıq var - SİYAHI - FOTO
Valideynlərin məktəb xərcləri yenidən artır - AÇIQLAMA
Sumqayıtda təmir işləri yekunlaşdıqdan sonra qazılıan ərazilər bərpa edilməyib – ŞİKAYƏT - FOTO
Peşəkar dələduz residivist imiş: Dəhşətli və sübuta yetirilmiş ƏMƏLLƏR
Azərbaycanda biznes kreditləri 17 milyard manatı keçdi – Səbəbi NƏDİR?
Biləcəri–Yalama xəttində böyük yenilik – 2031-ci ildə nəqliyyatda nə dəyişəcək?
"Dərnəgül"ə qatarlar yarıboş gedir – Metropoliten neçə milyon itirəcək? - FOTOLAR










