Bakıda əcaib zolaq: Sürücülər çaşbaş qalır - VİDEO

Paytaxtın Ziya Bünyadov Prospekti ilə qələbə və 20 yanvar dairəsi istiqamətinə gedən sürücülər problemlə qarşılaşırlar. Bu yolun bəzi hissəsində nişanlama işləri düzgün aparılmayıb. Yəni,yolda olan düz xəttin sağ və sol tərəfinə qırıq-qırıq xəttlər çəkildiyindən sürücülər eyni anda hər iki ətərəfə yerdəyişmə edirlər.Nəticədə də yolda qəza şəraiti yaranır.
Avtosfer.az xəbər verir ki, əsas yolda düz xəttin həm sağ,həm də sol tərəfinə qırıq-qırıq xətt çəkilib. Bu yolda sürücülər yerdəyişmə etmək üçün düz xətti hər iki tərəfdən keçə bilirlər. Halbuki,yol hərəkəti haqqında qanunda düz xəttin yalnız bir tərəfinə qırıq-qırıq xətt çəkilə bilər. Paytaxtın ən böyük prospetkərindən biri hesab olunan Ziya Bünyadov prospektində sürücüləri narahat edən ciddi problem yaşanır.Minlərlə sürücünün istifadə etdiyi yolda hər an qəza şəraiti yaranır. Belə ki,prospektin Qələbə və 20 yanvar dairəsi ,eləcə də Nərimanov rayonu Atatürk prospekti istiqamətinə gedən hissəsində yola düzgün nişanlanma xətləri çəkməyiblər.Belə ki, qeyd edilən istiqamətlərdə körpüyə çatmamış yolda düz xəttin həm sağ,həm də sol tərəfinə qırıq-qırıq xətt çəkilib.Sürücülər yerdəyişmə edən zaman düz xəttin hər iki tərəfinə keçməklə yollarına davam etdirlər. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə,yolun bir tərəfində nişanlanma işləri aparılarkən qırıq-qırıq xətt çəkilib.Ancaq digər tərəfində olan qırıq-qırıq xətt silinmədiyindən problem yaşanır. Ərşad Hüseynov onu da bildirdi ki,belə vəziyyətdə düz xətti sağa və sola keçən sürücülər cərimə oluna bilməzlər. Sürücülər problemin tezliklə həll ediləcəyinə ümid edirlər.
İlham Əliyevin Qazaxıstan səfəri başa çatdı - VİDEO
Prezidentin bugünkü Qazaxıstan səfərindən VİDEOÇARX
Nəqliyyat xidmətləri artıq istifadəyə verilib - WUF13 Əməliyyat Şirkəti
Bakı yollarında tıxac belə həll olunacaq - DETALLAR
Paytaxtın 16 küçəsində sıxlıq var - SİYAHI
Bakı-Ələt yolunda körpünün bir hissəsi çökdü; uzun tıxac yarandı - FOTO - VİDEO
Dəmir yollarında üztanıma ilə ödəniş təhlükəsizliyi artıracaq - Ekspert - VİDEO
Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Sosial şəbəkələrin psixologiyaya təsiri: “İnsanlar başqası olmağa çalışır”
Onlayn kreditlər niyə populyarlaşıb? – Ekspertdən AÇIQLAMA
Şəhərin mərkəzində çəkilən qeyri-adi qoşa xətt narazılıq doğurur - VİDEO








