Bakıda intensiv yağıntılı günlərin sayı artıb

“Çoxillik məlumatların təhlilinin nəticələri göstərir ki, Azərbaycanın əksər rayonlarında yağıntının miqdarının ümumi azalması fonunda, paytaxtda son onilliklərdə intensiv yağıntılı günlərin sayının artmasının tendensiyası müşahidə olunur”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O xatırladıb ki, 1992-ci ildən 2019-cu ilə qədər olan dövrdə 5 mm. və 10 mm-dən çox olan yağıntı günlərinin sayı orta hesabla 7 gün, 15 mm.-dən çox yağıntı günlərinin sayı isə 5 günədək artıb: "Yeri gəlmişkən, müqayisə üçün qeyd etməliyik ki, Bakı şəhərində iyun ayı üzrə yağıntı norması 10 mm., iyul ayı üzrə isə ondan da az, 2 - 3 mm. təşkil edir. Buna görə də əgər iyun ayında, bir gün ərzində 10 mm. yağıntı düşərsə, bu artıq bir aylıq norma səviyyəsində yağıntının düşməsi deməkdir. Bu öz növbəsində müəyyən fəsadlar yarada bilər ki, ona da hazır olmalıyıq". (“Report”)
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO












