Bakıda karantini pozan kafe aşkarlandı; 7 nəfər cərimələnib - FOTO

Paytaxtın Sabunçu rayonunda sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.
Avtosfer.az-ın məlumatına görə, Sabunçu Rayon Polis İdarəsi Post Patrul Xidməti və 13-cü PB əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə iyunun 23-də saat 18:30 radələrində Bakıxanov qəsəbəsində N.İsmayılov küçəsində fəaliyyət göstərən “Azəri” kafesinin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.
Ümumilikdə 7 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin sahibi H.Məhərrəmov 1500 manat, digərləri 200 manat cərimə olunublar.
Namiq Musayev

Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











