Bakıda keçən il salınan yolu bu il dağıdırlar - FOTOLAR

Ötən il kifayət qədər maliyyə vəsaiti xərclənərək təmir edilmiş Binəqədi rayonu Rəsulzadə qəsəbəsi Baksol küçəsi 12 ünvanında yolun asfalt-beton örtüyü sıradan çıxır. «Azəryolservis» ASC-dən Avtosfer.az-a bildiriblər ki, buna səbəb bəzi sakinlərin məsuliyyətsizliyi ucbatından yolun hərəkət hissəsinə yığılan kanalizasiya sularıdır. Belə ki, bir-neçə gün bundan öncə həmin ərazinin yaxınlığından keçən 1 metr diametrli iki yüksək təzyiqli kanalizasiya kollektorlarından birində qəza baş verib. Nəticədə çirkab su axaraq yolun hərəkət hissəsinə dolur. Bu isə yolun asfalt örtüyünün sıradan çıxmasına səbəb olur. Problemdən aidiyyəti qurumlar məlumatlı olsalar da, qəzanın qarşısını almaqda çətinlik çəkirlər. Çünki sözügedən kanalizasiya kollektorlarının üzərində qanunsuz olaraq yaşayış evləri inşa edilib. Hazırda problemin aradan qaldırılması üçün çıxış yolları axtarırlar.
Elmin
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!

















